Tunis sahillərində qanunsuz miqrantların olduğu qayığın qəzaya uğraması nəticəsində ən azı 10 nəfər ölüb.
TASS xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidməti məlumat yayıb.
Hadisə Tunisin şərq hissəsində yerləşən Mehdiyə sahillərində baş verib.
Bu, son bir neçə saat ərzində Tunis sahillərində baş verən ikinci qayıq qəzasıdır. Ümumilikdə qeyri-qanuni miqrantların olduğu iki qayığın qəzaya uğraması nəticəsində azı 29 nəfər ölüb.