Ev İqtisadiyyat Anglo-Asian Mining Plc. Qaradağdakı mis ehtiyatının həcmini açıqlayıb

Anglo-Asian Mining Plc. Qaradağdakı mis ehtiyatının həcmini açıqlayıb

41

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti Gədəbəydə yerləşən Qaradağ yatağının mis ehtiyatının 300 min ton olduğunu açıqlayıb.

Bu barədə “Anglo-Asian Mining”in vitse-prezidenti Stiven Vestxed deyib.

O bildirib ki, şirkət Qaradağ yatağında kifayət qədər mis minerallaşması təmin etməklə hasilat profilini əhəmiyyətli dərəcədə artıracaq. Bu, “Anglo-Asian”ın artan mis aktivləri portfelinə mühüm əlavədir.

Əvvəlki məqaləAVRO-2024: Azərbaycan növbəti oyununu keçirəcək
Növbəti məqalədə“Gümüş balina” batır