Ev Cəmiyyət Bayram günlərində FHN-də 373 yanğına çıxış qeydə alınıb

Bayram günlərində FHN-də 373 yanğına çıxış qeydə alınıb

42

Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

911.info.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 373 yanğına çıxış və 30 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 17-si azyaşlı olmaqla 40 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Əvvəlki məqaləMaştağada evinin zirzəmisində çətənə kolları yetişdirən şəxs saxlanılıb
Növbəti məqalədəSabaha olan hava proqnozu açıqlanıb