Ev Cəmiyyət Paytaxtda avtomobilində qanunsuz “Makarov” gəzdirən şəxs saxlanılıb

Paytaxtda avtomobilində qanunsuz “Makarov” gəzdirən şəxs saxlanılıb

42

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

911.info.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində əvvəllər məhkum olunmuş Səbuhi Quliyev saxlanılıb. Onun üzərindən 3 qram heroin aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq Səbuhi Quliyevin idarə etdiyi avtomobildən ona məxsus 1 ədəd “Makarov” markalı tapança, daraq və 8 ədəd patron aşkar edilərək götürülüb. Səbuhi Quliyev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, arşadırmalar davam etdirilir. 

Əvvəlki məqaləSərnişin qatar yoluna düşdü
Növbəti məqalədəŞəhriyar Məmmədyarov beynəlxalq turnirdə iştirak edəcək