Ev İdman Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə iştirak edəcək

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə iştirak edəcək

41

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Özbəkistanda keçiriləcək rapid üzrə beynəlxalq turnirdə iştirak edəcək.

Şahmat Federasiyadan  verilən məlumata görə, 38 yaşlı qrossmeyster bu gün sözügedən ölkəyə yollanıb.

Yarışda Məmmədyarovla yanaşı, Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattarov və Rüstəm Kasımjanov (hər ikisi Özbəkistan) kimi tanınmış şahmatçılar iştirak edəcəklər.

Turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının Birinci vitse-prezidenti Faiq Həsənov olacaq.

Qeyd edək ki, üç gün davam edəcək yarışın mükafat fondu 50 min ABŞ dollarıdır.

Əvvəlki məqaləPaytaxtda avtomobilində qanunsuz “Makarov” gəzdirən şəxs saxlanılıb
Növbəti məqalədəMaştağada evinin zirzəmisində çətənə kolları yetişdirən şəxs saxlanılıb