Ev Hərbi Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir

Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir

57

2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

911.info.az bu barədə Müdafiə Nazirliyinə istinad edir.

Bildirilir ki, tank heyətləri ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlər davam edir.

Əvvəlki məqaləPrezidentdən yeni təyinat
Növbəti məqalədəÖtən günün cinayət xronikası açıqlanıb