Ev Siyasət Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür

40

Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.

Artıq 26 ildir ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları 28 mart tarixini peşə bayramı günü kimi qeyd edirlər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.

Ölkəmizdə milli təhlükəsizlik orqanının tarixi 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin təşkil olunması ilə başlayıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib.

Əvvəlki məqaləQərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası BMT-nin rəsmi sənədi kimi yayılıb
Növbəti məqalədəRusiya və İran XİN rəhbərləri Cənubi Qafqazı müzakirə edəcəklər