“İkinci qola qədər oyunda qaldıq.
Fikirləşirəm ki, əla oyun göstərdik. Top daha çox bizdə idi”.
911.info.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveçə 0:5 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis ikinci qolun həlledici olduğunu bildirib:
“İkinci topdan sonra onların hər imkanı qol oldu. Bizim də şanslarımız oldu. Heç-heçə edə bilərdik.
70-75 dəqiqə çatdırırıq, sonra bizə çətin olur. Rəqib fiziki cəhətdən çox güclü idi”.
67 yaşlı mütəxəssis sona yaxın gənc oyunçulara şans verdiyini vurğulayıb:
“Birinci hissədə rəqibi çətinliyə salmışdıq. Rəqib reytinqdə bizdən 100 pillə irəlidədir. İkinci hissədə gənclərə şans verdim.