Son həftələr PSJ-nin azarkeşlərinin hədəfinə çevrilən Lionel Messi mövsümün sonunda Fransa komandası ilə yollarını ayıra bilər.
911.info.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ komandaları isə argentinalı ulduzu öz liqalarına gətirmək üçün maraqlı formul tapıblar.
Məlumata görə, MLS komandaları Lionel Messinin maaşını birlikdə ödəməyə qərar verib. Argentinalı ulduz Amerikaya transfer olmaq qərarına gəlsə, istədiyi klubla müqavilə bağlaya biləcək.