Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artıraraq 8,5%-dən 8,75%-ə çatdırılması barədə qərar qəbul edib.
Faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi artırılaraq 6,75%-dən 7%-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5%-dən 9,75%-ə çatdırılıb.
“Bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib”, – deyə AMB bəyan edib.
AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı mayın 3-də ictimaiyyətə açıqlanacaq.