Ev Dünya Rusiya və İran XİN rəhbərləri Cənubi Qafqazı müzakirə edəcəklər

Rusiya və İran XİN rəhbərləri Cənubi Qafqazı müzakirə edəcəklər

44

Bu gün Moskva şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abddulahian arasında görüş baş tutacaq.

Bu barədə “TASS” məlumat yayıb.

Qeyd olunub ki, artıq İranın xarici siyasət idarəsinin rəhbəri Moskvadadır. Nazirlər İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası məsələlərindən tutmuş Cənubi Qafqazdakı vəziyyəti və digər mövzuları müzakirə edəcəklər.

Vurğulanıb ki, diplomatlar Ukrayna müharibəsini, Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirlərinin müavinlərinin Dəməşq və Ankara arasında münasibətlərin nizamlanması üzrə görüşünün hazırlanması, “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan – Rusiya, Türkiyə, İran) ikinci görüşün təşkilini də diqqət mərkəzində saxlyacaqlar.

Əvvəlki məqaləAzərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür
Növbəti məqalədəGimnastikası üzrə Azərbaycan millisi Avropa çempionatında