Basketbol üzrə Avroliqanın 31-ci turunun oyunları keçirilib.
“Anadolu Efes” doğma meydanda “Milan” klubunu qəbul edib. Ergin Atamanın yetirmələri matçdan 89:69 hesablı qələbə ilə ayrılıb.
Bununla da İstanbul klubu turnirdəki qalibiyyətlərinin sayını 15-ə yüksəldib.
“Anadolu Efes” hazırda turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.