Bu gün ermənilərin azərbaycanlılara qarşı törətdiyi daha bir kütləvi qırğın aktından 105 il ötür. 1918-ci il 30 mart-3 aprel tarixlərində Bakıda və Azərbaycanın Quba, Lənkəran, Şamaxı, Naxçıvan, Gəncə kimi bölgələrində dinc əhaliyə divan tutulub. Onları kütləvi şəkildə işgəncələrlə qətlə yetiriblər. Bu tarixdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi növbəti etnik təmizləmələrdən biri idi.
Həmin vaxt bolşeviklərin dəstəyi və Stepan Şaumyanın başçılığı ilə həyata keçirilən terrorlarda on minlərlə azərbaycanlı qətlə yetirilib.
Ulu Öndər Heydər Əliyev 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalayıb.
Erməni terroruna qurban gedən soydaşlarımızı rəhmətlə anırıq!