Ev Hərbi Dövlət sərhədini pozmağa cəhd edən iki İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd edən iki İran vətəndaşı saxlanılıb

29

Mart ayının 31-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Aruz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçməyə cəhd göstərən 2 nəfər saxlanılıb.

911.info.az DSX-ə istinadən xəbər verir ki, saxlanılan şəxslərin 1992-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Rəcəbi Cavad Rəcəb oğlu və 1994-cü il təvəllüdlü Əfqanıstan Respublikası vətəndaşı Elmiddin Əhmədşah Nurullah oğlu olmaları müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əvvəlki məqaləAvropada qazın qiyməti 490 dolları ötüb
Növbəti məqalədəBinəqədi rayonunda üzərində odlu silah gəzdirən şəxs saxlanılıb