“Azərbaycan və Fələstin arasında həmrəylik təqdirəlayiqdir”.
Bunu Fələstin Prezidenti Mahmud Abbas martın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib.
Mahmud Abbas Azərbaycan və Fələstin arasında geniş ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin təqdirəlayiq olduğunu məmnunluqla qeyd edib.