Ev İdman “PSJ şou-biznes klubudur” – Patris Evra

“PSJ şou-biznes klubudur” – Patris Evra

51

Fransalı sabiq futbolçu Patris Evra PSJ-nin düzgün idarə edilmədiyini bildirib.

O, Paris təmsilçisinin daha çox şou-biznes klubu hesab edir:

“Parisdə yalnız bir problem var: hamıya qırmızı xalça düzüb qarşılayırlar. Bəzi futbolçular milyonlar qazanırlar, amma Çempionlar Liqasında on oyun belə keçirməyiblər.

Bir dönəm Dani Alveş burada çıxış edərkən mənə dedi ki, PSJ heç vaxt Çempionlar Liqasını qazana bilməyəcək. Çünki tribunada komandanın sabiq üzvü Bernard Lamanı yox, Kardaşyanı və şirkəti görürsən. Bu, şou-biznes klubudur. 

Məsələn, Parisdə matça gedəndə futbolu yox, konsert görürəm. VİP zona, şampan, qəlyanaltı… “Mançester Yunayted”in oyununa gedəndə isə görürsən ki, oturcaqlarda Evra və digər əfsanələrin adları yazılıb”.

Əvvəlki məqaləAzərbaycan Basketbol Liqasında XXIII tur
Növbəti məqalədəAvropada qazın qiyməti 490 dolları ötüb