Ev Dünya Ərdoğan çoxdan gözlənilən sənədi imzaladı

Ərdoğan çoxdan gözlənilən sənədi imzaladı

29

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb.

Qərar bu gün “Resmi Qazete”də dərc olunub. Sənədə əsasən, Finlandiya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulmasına dair 2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış protokol bu gün qüvvəyə minir.

Xatırladaq ki, Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiqi ilə bağlı qanun layihəsi dünən Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib.

Finlandiya Xarici İşlər Nazirliyi qərarın qəbulundan sonra “Twitter” hesabında təşəkkür edib: “Təşəkkürlər! Finlandiyanın NATO-ya üzvlük protokolunu təsdiqləmə qərarına görə Türkiyə Böyük Millət Məclisinə minnətdarıq”, – deyə qurumdan bildirilib.

Əvvəlki məqaləRusiyanın Ukraynadakı itkiləri açıqlanıb
Növbəti məqalədəNATO-nun idarəçiliyi kimə təklif edildi?