Ev İdman Futbolçuların sarı vərəqə limiti açıqlanıb

Futbolçuların sarı vərəqə limiti açıqlanıb

37

Misli Premyer Liqasının XXVIII turunun növbəti görüşündə “Kəpəz” və “Səbail” bu gün birincilərin meydanında üz-üzə gələcəklər.

Sport24.az saytı komandaların futbolçularının sarı vərəqə ilə bağlı məlumatı təqdim edir. “Kəpəz”də 4 futbolçu cəzanın bir addımlığındadır. Müdafiəçilər – Tural Axundov 9, 13, 18, Yusif Nəbiyev 17, 18 və 20-ci turlarda cəzalanıblar. Fərid Nəbiyev 15, 25 və 27-ci turda hakimin “radarına düşüb”. Yarımmüdafiəçi Mate Kvrikviya isə 7, 8, 12 və 18-ci turlarda sarı vərəqə almaqla, bir dəfə cəzalanıb. Gürcüstanlı futbolçu yenidən 22, 23 və 24-cü turlarda sarı vərəqə alaraq limitə yaxınlaşıb.

Adıçəkilən futbolçular bu görüşdə də sarı vərəqə alarlarsa, növbəti turda “Qarabağ”la səfər oyununda meydanda olmayacaqlar. “Səbail”in heyətində isə 4 futbolçu sarı vərəqə limitindədi. Bu futbolçulardan üçü müdafiəçidi. Qustavo de Fransa və Adil Nağıyev artıq bir dəfə sarı vərəqə cəzasına məruz qalıb. Qustavo yenidən 20, 21, 23, Nağıyev 17, 19 və 20-ci turlarda sarı vərəqə alaraq limitə yaxınlaşıb. Digər müdafiəçi Turan Manafov 2, 5 və 9-cu turlarda cəzalanıb. Emil Martinov isə 14, 17 və 19-cu turlarda sarı alıb.

Adıçəkilən futbolçular yenidən sarı vərəqə alacaqları təqdirdə, növbəti turda “Sabah”la keçiriləcək səfər oyununda meydanda olmayacaqlar.

Qeyd edək ki, “Kəpəz” – “Səbail” oyunu saat 15:30-da başlayacaq.

Əvvəlki məqaləSabaha olan hava şəraiti açıqlandı
Növbəti məqalədə“Fitch”: “Azərbaycanda bank sektorunun əsas göstəriciləri yaxşılaşıb”