Bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Daxili İşlər Nazirliyinin Yardımlı rayon polis şöbəsinin əməkdaşları birgə əməliyyat keçirib.
911.info.az DSX-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında 13 kiloqram 525 qram narkotik vasitənin və 1500 ədəd metadon M-40 psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Ərazidə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 3 nəfər Yardımlı rayonunun Avaş kənd sakini şübhəli şəxs qismində saxlanılmışlar.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.