Ev Dünya İran Azərbaycandakı səfirini də dəyişir

İran Azərbaycandakı səfirini də dəyişir

36

İran Ermənistandan sonra Azərbaycandakı səfirini də dəyişir.

Bu barədə Güney Azərbaycan Telegram kanalı yazıb.

Kanalın yazdığına görə, Tehran Bakıdakı hazırkı səfir Seyid Abbas Musəvidən o qədər də razı deyil Məlumata görə, Musəvini Müctəba Dəmirçulu əvəz edəcək.

M.Dəmirçulu Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) diplomatik missiyanın rəhbəri, İranın Azərbaycandakı səfirliyinin ikinci katibi vəzifəsində fəaliyyət göstərib. Hazırda Tehran XİN-də İdarə rəisi postundadır.

Əvvəlki məqaləAzərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad olunub
Növbəti məqalədə2-ci Xəzər Su İnnovasiya Forumunun keçiriliyəcəyi tarix açıqlandı