Ev Hərbi Azərbaycan HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını davam etdirir

Azərbaycan HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını davam etdirir

50

Cari ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim-məşq uçuşlarını davam etdirir.

911.info.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bazalanma aerodromlarından gecə uçuşları icra edən aviasiya vasitələrinin ekipajları ərazinin qiymətləndirilməsi, hərəkət marşrutlarının öyrənilməsi və digər epizodlar üzrə müxtəlif tapşırıqları icra ediblər.

Uçuş heyətinin döyüş hazırlığının daha da artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Əvvəlki məqaləNabranda qanunsuz balıq ovunun qarşısı alınıb
Növbəti məqalədəDİM 9 illik bazadan kolleclərə tələbə qəbulu elan edib