Ev Dünya Rusiyada narıncı təhlükə kodu daşıyan vulkan aktivləşib

Rusiyada narıncı təhlükə kodu daşıyan vulkan aktivləşib

34

Böyük Kuril silsiləsinin Paramuşir adasındakı Ebeko vulkanında 4,5 km hündürlükdə kül atılması qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzi məlumat yayıb.

Ebeko Paramuşirin şimal hissəsində yerləşir. Vulkanın hündürlüyü 1 156 m-dir. Vulkan 2016-cı ilin noyabr ayının ortalarında yenidən aktivləşməyə başlayıb. Aviasiya üçün narıncı təhlükə kodu daşıyır. Bu, o deməkdir ki, vulkan yüksək püskürmə ehtimalı ilə artan aktivlik nümayiş etdirir.

Əvvəlki məqaləAzərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşır
Növbəti məqalədəNabranda qanunsuz balıq ovunun qarşısı alınıb