Ev İdman Futbolçunu dizi ilə vuran FIFA referisi diskvalifikasiya olundu

Futbolçunu dizi ilə vuran FIFA referisi diskvalifikasiya olundu

127

Meksika çempionatının XIII turunda keçirilən “Amerika” – “Leon” oyununda qonaq komandanın futbolçusunu dizi ilə vuran FIFA referisi Fernando Ernandes Qomes diskvalifikasiya olunub.

Bundan sonra Meksika Futbol Federasiyasının İntizam Komissiyası hakimə 12 oyunluq cəza verib.

Qərarda bildirilib ki, Qomes futbolçuya qarşı kobud hərəkət edərək, federasiyanın Sanksiyalar Qaydalarının 30-cu maddəsini pozduğu üçün belə bir cəzaya məruz qalıb.

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan matçın 65-ci dəqiqəsində Fernando Ernandes Qomes ona etiraz edən “Leon”un oyunçusu Lukas Romeronun qasıq nahiyəsinə dizi ilə vurub.

Əvvəlki məqaləOrta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 42% artıb
Növbəti məqalədəAzərbaycan Aİ üçün aşağı karbonlu hidrogen tədarükçüsü ola bilər