Ev Cəmiyyət Qəbiristanlıqda odlu silahdan açılan atəşin hədəfi kim idi?

Qəbiristanlıqda odlu silahdan açılan atəşin hədəfi kim idi?

52

Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb.

911.info.az DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Rəhimli kənd qəbiristanlığında atəş səsləri eşidilməsi barədə məlumat daxil olub.

Sözügedən ünvana gələn polis əməkdaşları müvafiq tədbirlər həyata keçirib və atəş açan şəxs tərksilah edilib.

İlkin araşdırmalar nəticəsində Rəhimli kənd sakini, əvvəllər məhkum olunmuş Qədir Şirinzadə sərxoş vəziyyətdə mərhum atasının qəbir daşını vaxtında düzəlmədiyini əsas gətirərək qəbiristanlığa gəlmiş, orada 2 dəfə havaya 2 dəfə isə qəbir daşları düzəldən şəxsin minik avtomobilinə atəş açıb. Q. Şirinzadə maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Əvvəlki məqaləRusiya Qara dənizdə gəmi sayını artırdı
Növbəti məqalədəZelenski və Andjey Duda yenidən bir arada