Rusiya Federasiyasının silahlı qüvvələri Qara dənizdəki gəmi qruplaşmasını 15-ə çatdırıb.
Bu barədə “Cənub” Əməliyyat Komandanlığının “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
“Cənub-şərq istiqamətində düşmən aviasiyasının fəaliyyəti fonunda Qara dənizdə gəmi qruplaşmasının 15 vahidə, o cümlədən 2-si su altında olan 6 raketdaşıyıcıya çatdırılması son dərəcə yüksək raket təhlükəsindən xəbər verir”, məlumatda deyilir.