Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.
911.info.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Teymur Musayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elşən Hümbət oğlu Mustafayev Mərkəzin baş direktor vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, E.Mustafayev bu vəzifədə Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyinatı alan Orxan Cəfərovu əvəzləyib.