Ev İdman Alman klubunda çıxış edən futbolçu zədələnib

Alman klubunda çıxış edən futbolçu zədələnib

45

Almaniyanın “Şalke” klubunun ikinci komandasında çıxış edən azərbaycanlı futbolçusu Rüfət Dadaşov zədələnib.

32 yaşlı hücumçu “Düsseldorf”a 0:2 hesabı ilə uduzduqları Qərb Regional Liqasının XXVI tur oyununda sıradan çıxıb. Topuğundan xəsarət alan forvard 10-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 2013-cü ildən Azərbaycan millisinə dəvət alan Rüfət Dadaşov son olaraq 2020-ci ildə yığmaya çağırılıb.

Əvvəlki məqaləRespublika Psixiatriya Xəstəxanasının baş direktoru dəyişdi
Növbəti məqalədəAprelin 9-da 48 minə yaxın şagird imtahan verəcək