Rusiyada Petropavlovsk-Kamçatskdan 445 km uzaqlıqda 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin saytında məlumat verilib.
Episentri Petropavlovsk-Kamçatskdan 445 km aralıda yerləşən zəlzələnin dərinliyi 94,3 km olub.