Ev Cəmiyyət Bu gün 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir

Bu gün 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir

25

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Nəsimi, Nərimanov, Sabunçu, Səbail, Xətai rayonlarında, Gəncə (I hissə), Lənkəran, Şəki şəhərlərində, Astara, Ağdam, Ağcabədi, Ağsu, Biləsuvar, Daşkəsən, Xızı, İmişli, Kürdəmir, Qusar, Saatlı, Şabran, Samux, Şəmkir, Siyəzən və Zərdab rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir.

DİM-dən bildirilib ki, bugünkü imtahanda 47 min 917 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn şəxslər imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd edilən vaxtda gəlmək tövsiyə olunur.

Əvvəlki məqaləİsrail ordusu Suriya ərazisinə zərbələr endirib
Növbəti məqalədəÇin Tayvan ətrafında hərbi təlimlərə başladı