FHN ötən sutka ərzində 28 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
911.info.az FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin aidiyyəti qurumları tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfər xilas edilib, həmçinin yanğın zamanı 4 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.