Saatlıda evdən külli miqdarda narkotik bitkilər aşkarlanıb.
Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 33 yaşlı Saatlı rayon sakini Bayramov Elan Qabil oğlunun yaşadığı evdə ümumi sayı 114 ədəd külli miqdarda çətənə (kannabis) bitkiləri və şitilləri aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 237.2.3-cü (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və o, şübhəli şəxs qismində saxlanılıb.