FHN ötən sutkanın xronikasını açıqlayıb.
911.info.az xəbər verir ki, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib, Nəsimi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində 1 nəfər xəsarət alıb.