Ev Dünya Türkiyənin ilk milli müşahidə peykinin kosmosa buraxılışı təxirə salınıb

Türkiyənin ilk milli müşahidə peykinin kosmosa buraxılışı təxirə salınıb

27

Türkiyənin ilk milli müşahidə peyki “İmece”in kosmosa buraxılışı təxirə salınıb.

Bu barədə məlumat Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) “Twitter” səhifəsində dərc edilib.

Lakin buraxılışın hansı səbəbdən təxirə salınması barədə açıqlama verilməyib.

Qeyd edək ki, Türkiyənin ilk müşahidə peykinin aprelin 11-də orbitə buraxılması barədə anonsu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib.

Əvvəlki məqaləBakıda çoxmərtəbəli binada partlayış baş verib
Növbəti məqalədəUkrayna müdafiə naziri Rusiyaya xəbərdarlıq edib