Ev İdman “Yuventus” Leandro Paredes ilə yollarını ayıracaq

“Yuventus” Leandro Paredes ilə yollarını ayıracaq

49

İtaliyanın “Yuventus” klubu mövsümün sonunda Leandro Paredes ilə yollarını ayıracaq.

Bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, 29 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu Fransa PSJ-sinə qayıdacaq. Turin təmsilçisi yarımmüdafiəçi üçün satın alma variantını aktivləşdirməmək qərarına gəlib.

Qeyd edək ki, Leandro Paredes cari mövsüm PSJ və “Yuventus”un heyətində 29 oyuna çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb. Argentina millisinin üzvü ötən il Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub.

Əvvəlki məqaləPeruda 76 nəfəri daşıyan avtobus dərəyə yuvarlandı 
Növbəti məqalədəBitkoinin dəyəri son on ayda ilk dəfə 30 min dolları ötüb