Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.
Əvvəlcə Niderlandda “Feyenoord” və “Roma” münasibətlərinə aydınlıq gətirəcəklər. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Qalan üç matç isə saat 23:00-da start götürəcək. “Mançester Yunayted” “Sevilya”nı, “Yuventus” “Sportinq”i, “Bayer” isə “Union”u qəbul edəcək.