Ev Cəmiyyət İki nəfərin yanaraq ölüməsində şübhəli bilinən şəxs saxlanıldı

İki nəfərin yanaraq ölüməsində şübhəli bilinən şəxs saxlanıldı

28

Aprelin 10-u paytaxtın Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində yerləşən məişət əşyalarının istehsalı və təmiri sexlərindən birində baş verən yanğın nəticəsində ikin nəfərin ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 225.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparlıb.

911.info.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Ramin Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisəyə görə qisas almaq üçün sexi qəsdən yandırmaqla orada yatmış İftixar Əkbərov və Valeh Bəylərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ramin Quliyev Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Prokurorluq orqanlarına göndərilib.

Əvvəlki məqaləAvropada qazın qiyməti 490 dollardan aşağı enib
Növbəti məqalədəNaxçıvanda itkin düşən hərbçilərlə bağlı beynəlxalq təşkilatlara müraciət olunub