Ev Dünya Laya Tudel Messi ilə Xavinin danışıqlarının təfərrüatlarını açıqladı

Laya Tudel Messi ilə Xavinin danışıqlarının təfərrüatlarını açıqladı

35

“Barselona”nın baş məşqçisi Xavi Ernandes PSJ-nin hücumçusu Lionel Messi ilə daim əlaqə saxlayır.

Bu barədə jurnalist Laya Tudel Prades məlumat verib.

Jurnalistin sözlərinə görə, Messi tez-tez Xaviyə kluba qayıtmaq istədiyini deyir: 

“Həmçinin, oyunçu və məşqçi tez-tez “Barselona”da komanda, oyunlar, ab-hava və soyunub-geyinmə otağından danışırlar. Messi özü kluba qayıtması ideyasını təbliğ edir.

Eyni zamanda, Messi tez-tez Xavi ilə “Biz qalib gəldik”, “Yaxşı oynadıq” kimi xatirələrini bölüşürlər”.

Xatırladaq ki, əvvəllər onlar bir neçə il komanda yoldaşı olublar.

Əvvəlki məqaləÖtən ay Azərbaycanda hasil olan gündəlik xam neftin həcmi açıqlanıb
Növbəti məqalədəAvropada qazın qiyməti 490 dollardan aşağı enib