Bu ilin mart ayında Azərbaycanda gündəlik neft hasilatının həcmi 632 min barrel olub.
Bu barədə Energetika Nazirliyindən bildirilib.
Məlumata görə, bunun 515 min barrelini xam neft, 117 min barrelini isə kondensat təşkil edib.
“OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.