Ev İqtisadiyyat Azərbaycanda sığorta bazarı 34%-dən çox böyüyüb

Azərbaycanda sığorta bazarı 34%-dən çox böyüyüb

30

Bu ilin birinci rübündə Azərbaycan sığorta bazarı üzrə yığımların həcmi 34,2% artaraq 346,910 milyon manata çatıb.

911.info.az bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə ötən ilin eyni dövrünə nisbətən 67,1% artaraq 102,290 milyon manata bərabər olub.

Ödənişlərin yığımlara nisbətən kəskin artması sığorta bazarının zərərliliyini artırıb. Belə ki, ötən il toplanmış hər 100 manat sığorta haqqının 23,7 manatı ödənişə yönəldilibsə, bu ilin birinci rübündə bu rəqəm 29,5 manat təşkil edib.

Əvvəlki məqaləÖtən sutka ölkə ərazisində 77 cinayət hadisəsi qeydə alınıb
Növbəti məqalədəMDB Xarici İşlər Nazirləri Şurasının iclasında 11 məsələ müzakirə olunacaq