Ev Dünya MDB Xarici İşlər Nazirləri Şurasının iclasında 11 məsələ müzakirə olunacaq

MDB Xarici İşlər Nazirləri Şurasının iclasında 11 məsələ müzakirə olunacaq

29

Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) bu gün Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək iclasında təşkilat çərçivəsində əməkdaşlığın inkişafına dair 11 məsələ müzakirə olunacaq. 

“Sputnik-Özbəkistan” xəbər verir ki, toplantı zamanı beynəlxalq gündəliyin aktual məsələləri və MDB daxilində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılacaq, MDB formatında çoxşaxəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək.

Xarici siyasət koordinasiyasının gücləndirilməsi üzrə iş kontekstində MDB-yə üzv dövlətlərin Xarici İşlər nazirlikləri arasında tərəfdaşlığın aktivləşdirilməsi üzrə Fəaliyyət Proqramının və MDB çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr Planının 2022-ci ildə icrasının nəticələrinə dair müzakirələr aparılacaq. 

Mövcud geosiyasi vəziyyəti nəzərə alaraq həm MDB ölkələri çərçivəsində, həm də onun sərhədlərinin perimetri boyu təhlükəsizliyin təmin edilməsi məsələləsinə xüsusi diqqət yetirilməsi planlaşdırılır.

Əvvəlki məqaləAzərbaycanda sığorta bazarı 34%-dən çox böyüyüb
Növbəti məqalədəYasamalda əl qumbarası tapılıb