Aprelin 13-də ölkə ərazisində qeydə alınan 77cinayət hadisəsi qeydə alınıb.
911.info.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalan daha 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 82, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.