Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürəcək.
Məlumata görə, ilk gündə Azərbaycanın beş sərbəst güləşçisi mübarizəyə başlayacaq.
57 kq çəki dərəcəsində Əliabbas Rzazadə 1/4 finalda Anatoli Buruian (Moldova)/Horst Ler (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
65 kq-dakı Əli Rəhimzadə 1/8 finalda Georgios Pilidis (Yunanıstan)/İslam Dudayev (Albaniya) duelinin güclüsü ilə, 70 kq-da yarışan dünya və Avropa çempionu Hacı Əliyev təsnifatda Canluka Talamo (İtaliya) ilə görüşəcək.
79 kq çəki dərəcəsində Səbuhi Əmiraslanov 1/8 finalda İman Mahdavinin (UWW), 97 kq-dakı Maqomedxan Maqomedov Benjamin Honisin (İtaliya) müqavimətini qırmağa çalışacaq.
Avropa çempionatı aprelin 23-də başa çatacaq.