Ev Cəmiyyət TIR-ın hava yastığı partladı, USTA ÖLDÜ

TIR-ın hava yastığı partladı, USTA ÖLDÜ

29

Qazaxda usta faciəvi şəkildə ölüb.

Lent.az-ın xəbərin görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Rasim Aslan oğlu İsmayılov işi ilə bağlı Özbəkistan vətəndaşı Usmonov Azam Olimoviçin idarə etdiyi “Mercedes Benz Actros” markalı TIR avtomobilinin nasaz olan hava yastığını təmir edib.

O, təkərlə yük yerinin arasında iş görən zaman hava yastığı partlayıb. Rasim Aslan oğlu İsmayılov nəticədə təkərlə yük yerinin arasında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləAvropa çempionatı: Hacı Əliyev və daha dörd güləşçimiz mübarizəyə başlayır
Növbəti məqalədəAzərbaycanın yeni kənd təsərrüfatı naziri kollektivə təqdim olunub