Ev İdman ÇL-də ilk iki yarımfinalçı müəyyənləşdi

ÇL-də ilk iki yarımfinalçı müəyyənləşdi

35

Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start verilib.

911.info.az qol.az-a istinadən xəbər verir ki, bununla da yarımfinalın ilk iki iştirakçısı müəyyənləşib.

“Real” (İspaniya) “Çelsi”nin (İngiltərə) qonağı olub və 2:0 hesablı qələbə qazanıb. İlk matçda da 2:0 hesabı ilə qalib gələn Madrid təmsilçisi yarımfinala yüksəlib.

Digər görüşdə İtaliya komandaları üz-üzə gəliblər. “Napoli” “Milan”ı qəbul edib. İlk oyunda  1:0 hesablı qələbə qazanan “Milan” cavab qarşılaşmasında 1:1 hesablı heç-heçə edərək növbəti mərhələyə adını yazdırıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki görüşü sabah keçiriləcək.

Əvvəlki məqaləİrəvanda daha bir qələbə Azərbaycana həsr edildi
Növbəti məqalədəRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlamalar keçirib