Ev Cəmiyyət Doktoranturaya qəbul qaydası dəyişib

Doktoranturaya qəbul qaydası dəyişib

30

Doktoranturaya xarici dil üzrə qəbul imtahanından azad olunmaq üçün magistrların malik olduğu beynəlxalq dil sertifikatlarının sayı artırılıb.

911.info.az  xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edib.

Qərara əsasən, xarici dil üzrə “Cambridge English Qualifications” beynəlxalq dil sertifikatına malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunacaqlar.

Belə ki, indiyədək xarici dil üzrə yalnız IELTS, TOEFL, TestDaF, DELF, DALF və STANAG beynəlxalq dil sertifikatına malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurdular.

Əvvəlki məqaləAzərbaycan neftinin dünya bazarındakı qiyməti açıqlanıb
Növbəti məqalədəSudanda xaos nəticəsində xəstəxanalar fəaliyyətini dayandırıb