Ev Cəmiyyət Ötən sutkanın cinayət statistikası açıqlandı

Ötən sutkanın cinayət statistikası açıqlandı

36

Aprelin 18-də ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

911.info.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.

Əvvəlki məqaləFHN-in Dövlət Yanğından Mühafizə Xidməti Yasamal yaşayış kompleksində təlim keçirib
Növbəti məqalədəİrəvanda daha bir qələbə Azərbaycana həsr edildi