Ev Dünya Yəməndə fitrə zəkatı verilən zaman izdihamda 90 nəfər həlak olub

Yəməndə fitrə zəkatı verilən zaman izdihamda 90 nəfər həlak olub

55

Yəmənin paytaxtı Sənada Ramazan bayramı ilə əlaqədar kasıb əhaliyə paylanan fitrə zəkatı zamanı yaranan izdiham nəticəsində azı 90 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Hadisə Səna şəhərinin mərkəzi hissəsində yerləşən Bab əl-Yaman ərazisində baş verib.

İzdiham bir neçə imkanlı şəxs tərəfindən fitrə zəkatı paylanarkən yaranıb.

İnsidentin araşdırılması üçün Yəmənin daxili işlər orqanlarının və prokurorluğun nümayəndələrindən ibarət komissiya yaradılıb.

Əvvəlki məqaləADA Universitetinin tələbəsi dünyanın ən qabaqcıl 16 universitetindən təklif alıb
Növbəti məqalədə“Məhkəmə-hüquq sisteminin bütün iştirakçıları ilə dialoq qurmağa xidmət edən yeni bir layihəyə start vermişik”- İnam Kərimov