Ev İqtisadiyyat Azərbaycan ət idxalını 24 % artırıb

Azərbaycan ət idxalını 24 % artırıb

33

Bu ilin yanvar-mart aylarında Azərbaycan 11 min 367 ton ət idxal edib.

Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 19 milyon 259 min ABŞ dolları olub. Bu, həcm baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 206 ton (24 % ), dəyər baxımından isə 3 milyon 585 min ABŞ dolları (22,8 %) çoxdur. Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,5 %-ini təşkil edib. Xatırladaq ki, I rübdə ölkədə diri çəkidə 138,3 min ton ət istehsal edilib.

Əvvəlki məqaləSudanda toqquşmalarda 250-dən çox dinc sakin ölüb
Növbəti məqalədəBakıda Avropa Badminton Konfederasiyasına yeni prezident seçildi