Ev İdman Yunan-Roma güləşçilərimizin Avropa çempionatlarında qazandıqları 60 medal

Yunan-Roma güləşçilərimizin Avropa çempionatlarında qazandıqları 60 medal

132

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi 6 medal qazanıb.

“Report” xəbər verir ki, “klassiklər” aktivlərinə 2 qızıl, 3 gümüş, 1 bürünc medal yazdırıblar.Güləşin bu növündə rekordçu Rafiq Hüseynovdur.

Üç dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan olimpiya mükafatçısı Zaqrebdə bu uğurun davamını gətirə bilməyib. Avropa çempionatlarında 2 qızıl, 4 bürünc medalı olan Eldəniz Əzizli isə ilk dəfə gümüşlə kifayətlənib.

Ümumiyyətlə, Azərbaycanın yunan-Roma güləşçiləri müstəqillik illərində Avropa çempionatlarında 60 medal qazanıblar. Bunun 15-i qızıl, 14-ü gümüş, 31-i isə bürüncdür.

Əvvəlki məqaləÜlvü Qənizadə: “İlk qızıl medalı qazanmaq çox gözəl hissdir”
Növbəti məqalədəMilli Məclisdən Ermənistan parlamentinə cavab