Ev Cəmiyyət Ötən sutka ölkə ərzisində 38 cinayət hadisəsi qeydə alınıb.

Ötən sutka ölkə ərzisində 38 cinayət hadisəsi qeydə alınıb.

34

Aprelin 24-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

911.info.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 19, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Əvvəlki məqaləİlham Əliyev İsrail Prezidentini təbrik edib
Növbəti məqalədə9 illik orta təhsil bazasında kolleclərə sənəd qəbulu bu gün başa çatır